Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"NATO Müdafiə Kollecinin Bakıda səfərdə olan nümayəndə heyətini ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunluq duyuram", - paylaşımda deyilib.
Pleased to see NATO Defence College visiting delegation in Baku at ADA University and speak about foreign and security policy of Azerbaijan. @NATO pic.twitter.com/PYrYNUEHVT
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 12, 2024
45