Tramp Suriyada qərarlıdır: “Biz qarışmayacağıq”
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp, Parisdə Notr-Dam Kilsəsinin açılışı üçün iştirak etdiyi tədbir zamanı Fransanın "Paris Match" jurnalına müsahibə verib
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əsəd rejiminin süqutundan sonra Suriya ilə bağlı Ağ Evin hansı addımları atacağı maraqla gözlənilir.
Cozej Baydenin rəhbərliyi, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Maykl Kurillanı tələsik Suriyaya, Dövlət Katibi Antoni Blinkenı isə Türkiyəyə göndərdiyi halda, Tramp bir daha Suriya məsələsinə qarışmayacaqlarını təsdiq edib.
Son günlərdə "Suriya bizim problemimiz deyil. Axarına buraxın və müdaxilə etməyin" deyən Tramp, verdiyi müsahibədə belə bildirib: "Dünyada çoxlu böhran var. Son günlərdə Suriyadan məlumatlar aldıq. Onlar öz başlarının çarəsinə baxmalı olacaqlar, çünki biz qarışmayacağıq. Fransa da qarışmayacaq. Bizim prioritetimiz Ukraynadır".