İsrail Əsəd rejiminin devrildiyi Suriyaya hücumlarını davam etdirir
İsrail ordusu, Suriyada bir sıra strateji nöqtələrə hava hücumları təşkil edib.
1news.az xəbər verir ki, Dəməşqin Barze və Cemraya bölgələrindəki "Elmi Tədqiqat Mərkəzləri", Akraba Hava Limanı, Hama, Homs və Lazkiyada yerləşən hərbi obyektlər və hava müdafiə sistemləri hədəfə alınıb.
Bundan əlavə, Kamışlı Hərbi Hava Limanı da vurulub. İsrail mətbuatının məlumatına görə, gecə ərzində ümumilikdə 100-dən çox hədəf məhv edilib. İsrailə rejimdən qaçan bəzi hərbçilərin koordinat verdiyi iddiaları irəli sürülüb.
134