Keçmişə nostalji dolu səyahət - Azərbaycan Dəmiryol Muzeyindən VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Keçmişə nostalji dolu səyahət - Azərbaycan Dəmiryol Muzeyindən VİDEOREPORTAJ

Ayşən İsmayılova14:00 - 28 / 05 / 2024
Keçmişə nostalji dolu səyahət - Azərbaycan Dəmiryol Muzeyindən VİDEOREPORTAJ

Əgər muzeyləri gəzməyi və bunu edərkən də keçmişə səyahət etməyi sevirsinizsə, yolunuzu Azərbaycan Dəmiryol Muzeyindən sala bilərsiniz.

Bura Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil üç binadan biri olan köhnə “Sabunçu vağzalı”nda yerləşir. Bina 6 iyul 1926-cı il tarixində - Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günündə istifadəyə verilib və Bakının Sabunçu vağzalı elektrik qatarlarını qəbul edən ilk vağzal binası olub.

Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa şəkildə edilmiş bu əməkdar bina xarici görünüşünə və içərisindəki bir çox elemetlərinə görə Şirvanşahlar sarayını xatırladır.

Binanın üz tərəfi şəhərə, arxa tərəfi isə dəmir yollarına baxıb. Geniş foye və o dövr üçün müasir olan bilet satışı məntəqələri yaranan növbələri aradan qaldırmış və vaxt itkisinin qarşısını almışdı.

Azərbaycan Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Onun muzeyə hədiyyə etdiyi qızıl suyuna salınmış qatar maketi nümayiş etdirilən maraqlı eksponatlardan biridir. Bundan əlavə, Cənubi Qafqaz (Zaqafqaziya) dəmiryolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.

1news.az Azərbaycan Dəmiryol Muzeyindən reportajı təqdim edir:

FOTO - VİDEO - Nadir İbrahimli

Paylaş:
7224

Son xəbərlər

Bütün xəbərlər