İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ

Qafar Ağayev17:13 - 22 / 11 / 2024
İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ

Bugün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-un sonuncu günü keçirilir.

Bakı Olimpiya Stadionunda baş tutan tədbirin ilk günündən etibarən uğurla keçib və beynəlxalq ictimaiyyətin diqqətini iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlara cəlb edib.

Hər gün konfransda iqlim dəyişikliyinin təsirlərinin azaldılması və onlara uyğunlaşma məsələlərinə həsr edilmiş görüşlər və müzakirələr keçirilib. Xüsusi diqqət iqlim dəyişikliyinə qarşı mübarizədə daha az inkişaf etmiş ölkələrə maliyyə dəstəyinin göstərilməsi məsələsinə yönəldilib. Bu təşəbbüs gündəmin əsas mövzularından biri olub və iştirakçılar ədalətli maliyyə bölgüsü yollarını müzakirə ediblər.

Bu gün də əvvəlki günlərdə olduğu kimi stadion ərazisində müxtəlif ölkələrdən çoxsaylı iştirakçılar və qonaqlar müşahidə olunur. İştirakçılar ideya mübadiləsi aparır, müzakirələrdə iştirak edir və planetin gələcəyini dəyişə biləcək vacib ekoloji təşəbbüsləri müzakirə edirlər.

1news.az-ın əməkdaşları COP29-un ilk günlərindən yerindən reportajlar apararaq xarici ekspertlərlə müsahibələr götürüb və əsas tədbirləri işıqlandırıb.

İndi isə sizə konfransın sonuncu günü ilə bağlı fotoreportajı təqdim edirik:

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 11-22 noyabr tarixlərində keçirilirdi.

Paylaş:
113

Son xəbərlər

Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20
Bütün xəbərlər