Azərbaycanın dövlət borcu açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın dövlət borcu açıqlanıb

Qafar Ağayev17:55 - 18 / 04 / 2025
Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 20,4 %-i qədər olub.

1news.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3,3 % çoxdur.

Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627,5 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 18 milyard 1,3 milyon manatı isə daxili (ÜDM-in 13,8 %-i qədər) dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,1 % az və 9,7 % çoxdur.

Paylaş:
158

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər