Apple istifadəçiləri “Smart Customs”dan daha çox istifadə edir – Statistika açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Apple istifadəçiləri “Smart Customs”dan daha çox istifadə edir – Statistika açıqlandı

Qafar Ağayev11:47 - 18 / 04 / 2025
Apple istifadəçiləri “Smart Customs”dan daha çox istifadə edir – Statistika açıqlandı

“Smart Customs” mobil tətbiqindən istifadə edənlərin sayı 2 milyondan çoxdur.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda məlumat verilib.

O, bildirib ki, hazırda Hazırda "Smart Customs" tətbiqdən istifadə edən İOS istifadəçilərinin sayı 1 milyon 100 mindən, Android istifadəçilərinin sayı isə 930 mindən çoxdur.

“"Smart Customs" mobil tətbiqi daha çox istifadəyə əlçatan olacaq. Həmçinin, tətbiqin yeni dizaynı yaxın zamanlarda təqdim olunacaq. Ümumilikdə isə tətbiq üzrə 12 elektron xidmətin istifadəyə verilib”.

Qeyd olunub ki, 2020-ci ildən istifadəyə verilən "Smart Customs" mobil tətbiqində xüsusi alqoritm əsaslı avtomatlaşdırılmış çat-bot sistemi fəaliyyət göstərir.

Paylaş:
115

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər