Şirvanda topdansatış mağazasında 500-dən çox saxta spirtli içki satışının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda topdansatış mağazasında 500-dən çox saxta spirtli içki satışının qarşısı alınıb

17:36 - 18 / 04 / 2025
Şirvanda topdansatış mağazasında 500-dən çox saxta spirtli içki satışının qarşısı alınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvanda topdansatış mağazasında yoxlama keçirib.

Bu barədə 1news.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
133

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər