Lenovo rəsmisi: Süni intellektin müştərilərimiz üçün daha da əlçatan olmasına sərmayə qoymağa davam edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Lenovo rəsmisi: Süni intellektin müştərilərimiz üçün daha da əlçatan olmasına sərmayə qoymağa davam edirik

13:35 - Bu gün
Lenovo rəsmisi: Süni intellektin müştərilərimiz üçün daha da əlçatan olmasına sərmayə qoymağa davam edirik

Yaxın günlərdə Bakıda süni intellekt texnologiyaları və onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə həsr olunmuş "Lenovo Day" forumu başa çatıb.

Forum çərçivəsində "Lenovo Infrastructure Solution Group (ISG)" şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Andrey Kutukov nəşrin biznes və Azərbaycanda mövcud olan həllərlə bağlı suallarını cavablandırdı.

1. Pandemiyadan sonra "Lenovo ISG" Mərkəzi Asiya və Qafqaz bazarında aktiv şəkildə genişlənməyə başladı. Hazırda hansı ölkələrdə fəaliyyət göstərirsiniz və bu müddət ərzində hansısa əhəmiyyətli nəticələr əldə edə bildinizmi?

Mərkəzi Asiya (MA) və Cənubi Qafqaz EMEA daxilində bizim üçün ən prioritetli regionlardan biridir. Son 2 il ərzində biz nəzərdə tutduğumuz bir çox planlarımızı həyata keçirə bildik və regionun əsas bazarlarında layiqli mövqelər tutduq. Xüsusilə, biz Azərbaycan, Qazaxıstan və Özbəkistanda infrastruktur həlləri bazarının payına görə ilk üç lider arasında qətiyyətlə yer alırıq.

Bu müddət ərzində tərəfdaşlıq şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik, bu da bizə regionda infrastruktur həllərinin təchizat coğrafiyasını daha da artırmağa imkan verəcək. Biz tərəfdaşlar üçün motivasiya, sertifikatlaşdırma və təlim proqramlarını özündə birləşdirən "Lenovo 360" platformasını istifadəyə verdik.

Biz regionda (Bakı, Daşkənd və Almatıda) yerli ehtiyat hissələri anbarları şəbəkəsini açdıq. Bu, bizə bazarda mövqeyimizi möhkəmləndirməyə, müştərilərimiz üçün servis xidmətinin keyfiyyətini artırmağa, regionda mövcud olan peşəkar xidmətlər portfelini genişləndirməyə və avadanlığın bərpa müddətinə zəmanət verən xidmətlər təklif etməyə imkanı yaratdı.

Bundan əlavə, infrastruktur həlləri, serverlər, məlumat saxlama sistemləri, proqram təminatı, periferik hesablama qurğuları və digər cihazlar, peşəkar xidmət və servislərin ən geniş portfeli regiondakı mövcud və potensial müştərilərimiz üçün əlçatan oldu. O cümlədən süni intellekt elementləri daxil olmaqla.

Sistem inteqratoru olan tərəfdaşlarımızla birlikdə biz Azərbaycanda bank sektorunun bir sıra əsas oyunçularının rəqəmsallaşdırılması, eləcə də istehsalat, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin müasir çevik və təhlükəsiz İT infrastrukturuna keçidi sahəsində bir sıra mühüm layihələr həyata keçirdik.

2. Regionun spesifik xüsusiyyətindən danışsaq, yerli bazarları dünyanın digər bazarlarından fərqləndirən texnoloji trendlər varmı?

Biz yerli bulud xidmətləri provayderlərinə olan tələbatın artdığını müşahidə edirik. Azərbaycan, Qazaxıstan və Özbəkistanın ən böyük yerli bulud xidmətləri təchizatçılarının əksəriyyəti bizim daimi müştərilərimizdir. Bu, bir tərəfdən bulud provayderləri ilə qlobal əməkdaşlıq proqramımızın effektivliyini göstərir, digər tərəfdən isə məlumatların suverenliyi sahəsində inkişaf edən tənzimləmələrlə əlaqədar olaraq bulud xidmətləri biznesinin lokallaşdırılması istiqamətində müəyyən edilmiş trendi təsdiqləyir. Hazırda "Nutanix", "VMware", "Microsoft", SAP, "RedHat", "Cloudian" və "Weka" kimi şirkətlərlə geniş tərəfdaşlıq şəbəkəmiz sayəsində hər ölçüdə bulud provayderlərinin infrastruktur ehtiyaclarını tam şəkildə qarşılamağa qadirik.

Həmçinin, şirkətlər və provayderlər arasında "yeni İT" xidmətlərinə, o cümlədən "edge-to-cloud" həllərinə tələbat artır. Yeni İT dedikdə, biz bütün cihazların, periferiyanın, buludların, şəbəkələrin və süni intellektin qarşılıqlı əlaqəsini nəzərdə tuturuq. Biz bu cür həllərin inkişafı üzərində fəal şəkildə çalışırıq.

3. Süni intellekt, "Lenovo"nun özünü liderlərdən biri kimi təqdim etdiyi mövzudur. Bu gün Azərbaycanda biznes üçün süni intellekt əsasında hansı həllər mövcuddur?

Klassik hesablama qurğuları və məlumat saxlama sistemlərinə əlavə olaraq, biz süni intellektlə işləmək üçün universal və Sİ tətbiqlərinə yönəlmiş serverlər və məlumat saxlama sistemlərinin kompleks portfelini təklif edirik.

"Edge computing", yəni kənar hesablamalar sahəsinə olan marağın böyük artımı da süni intellektin tətbiqi ilə birbaşa əlaqəlidir. Məlumatların həcmi artır, lakin onları ağıllı cihazlar, kameralar, sensorlar və s. kimi toplandığı yerlərdə emal etməyə hələ öyrəşməyiblər. Kənar hesablamalar məlumatların məhz yaranma yerində emalını təmin edir. Eyni zamanda, Sİ inkişaf etdikcə, məlumatların emalı üçün daha yüksək sürət və səmərəlilik tələb olunur. Biz "edge computing" həlləri bazarında liderik və rəqiblərimizin təqdim edə bilmədiklərini təklif edirik. Məsələn, biz quraşdırılmış qrafik çipli kənar hesablamalar üçün həllər təklif edən azsaylı şirkətlərdən biriyik.

Biz Sİ-nin bütün müştərilərimiz üçün daha əlçatan olmasına sərmayə qoymağa davam edirik. Şirkətimiz Sİ sahəsində tədqiqatlara investisiyalarını genişləndirir, əməkdaşlarımızın ixtisasını artırmağa xüsusi diqqət yetirir, tərəfdaşlarımız və müştərilərimiz üçün təlim və sertifikatlaşdırma proqramlarını həyata keçirir. "AI Innovators" adlı xüsusi ekosistemimiz sürətlə inkişaf edir. Bu ekosistem çərçivəsində biz Sİ həllərinin yaradıcılarını və təchizatçılarını potensial müştərilərlə bir araya gətiririk. Texnoloji tərəfdaşlarımızla birlikdə dünyanın istənilən yerində, istənilən müəssisədə Sİ-nin tətbiqi və dəstəyi üçün ən müasir həllər hazırlayırıq. Yuxarıda qeyd olunanların hamısı Azərbaycanda və regionun digər ölkələrində olan müştərilərimiz üçün əlçatandır.

Reklam hüququnda

Paylaş:
59

Son xəbərlər

“Kartdan karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilibBu gün, 15:47Yaşar Gülər DSX rəisi Elçin Quliyevi qəbul edibBu gün, 15:46ADY: Yaxın günlərdə Balakən istiqamətində sərnişin qatarları fəaliyyətə başlayacaqBu gün, 15:29Bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günüdürBu gün, 15:22Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilibBu gün, 15:03Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıbBu gün, 14:50Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib - FOTO - VİDEOBu gün, 14:37DTX-nin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edibBu gün, 14:29Daxili İşlər Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edibBu gün, 13:58141 mindən çox proaktiv müavinət və təqaüd təyin olunubBu gün, 13:38Lenovo rəsmisi: Süni intellektin müştərilərimiz üçün daha da əlçatan olmasına sərmayə qoymağa davam edirikBu gün, 13:35AFFA “Qarabağ” klubunu 2000 manat cərimələyibBu gün, 13:20Yağış, qar yağacağı gözlənilir - Hava proqnozuBu gün, 12:51Ceyhun Bayramov: Ermənistanla sülh müqaviləsi layihəsi üzrə 15 maddə razılaşdırılıbBu gün, 12:39Əli Əsədov səfirlikdə Heydər Əliyevin xatirəsini yad etdi - FOTOBu gün, 12:20Türkiyə səfirindən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIMBu gün, 12:00Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıbBu gün, 11:45Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıbBu gün, 11:15Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılırBu gün, 11:14Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edibBu gün, 11:05
Bütün xəbərlər