İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayın | 1news.az | Xəbərlər
Cəmiyyət

İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayın

09:56 - Bu gün
İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayın

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Antoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə artıq tendensiya halını almış kobud müdaxiləcəhdlərini kəskin şəkildə pisləyir.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

"Təəssüflə vurğulamaq istərdik ki, biz bu illərdə ABŞ-ınErmənistanın Azərbaycan torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, biz Qərbi azərbaycanlıları deportasiya etməsini pislədiyini görmədik. ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç birnüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer aldı. Vətən müharibəsindən sonra bütün bunların, xüsusilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibətdə ABŞ-ın fərqli yanaşmasının bir daha şahidi olduq. ABŞ-ın dinc yolla öz dədə-baba yurdlarına qayıdış xəttini seçən Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı məktuba heç bir reaksiya vermədiyini, lakin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində iştirak edən və bu günün özündə də Ermənistanda Azərbaycanın suverenliyini təhdid edən separatçılara qucaq açdığını, viza verdiyini, ABŞ-ın müxtəlif təsisatlarında çıxış etmək imkanı yaratdığını gördük. Özünü dini azadlıqlara hörmət edən ölkə kimi qələmə verən, “mötəbər” hesabatlar hazırlayaraq ölkələri müxtəlif uydurma siyahılara daxil edən, Qarabağda “erməni irsi”nin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edən ABŞ-ın Azərbaycan xalqının Ermənistan ərazisində zəngin mədəni irsinin dağıdılmasını, təhrif edilməsini pislədiyini eşitmədik. Bütün bunlara görə də, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi.

ABŞ “insan hüquqları” mövzusunu, yalan xəbər mediasını, “müstəqil” QHT-ləri Azərbaycana qarşı silah kimi istifadə etməkdənsə, qoy özü ən əsas beynəlxlaq insan hüquqları konvensiyalarına qoşulsun, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında yer almış polis tərəfindən həddindən artıq gücün tətbiq edilməsi, hüquq-mühafizə orqanlarının irqi əsasda məlumatlar toplaması(racial profiling), strukturlaşdırılmış irqçilik kimi praktikalara son qoysun, silah zorakılığı problemini həll etsin, məhbuslara verilən işgəncə hallarını və digər qanunsuz əməlləri araşdırsın" - deyə bəyanatda qeyd olunub.

Paylaş:
52

Son xəbərlər

Əli Əsədov səfirlikdə Heydər Əliyevin xatirəsini yad etdi - FOTOBu gün, 12:20Türkiyə səfirindən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIMBu gün, 12:00Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıbBu gün, 11:45Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıbBu gün, 11:15Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılırBu gün, 11:14Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edibBu gün, 11:05Prezidentin köməkçisi: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdurBu gün, 10:56Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşübBu gün, 10:45Bu ilin 11 ayında Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib? - STATİSTİKABu gün, 10:34Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblərBu gün, 10:28Tramp Suriyada qərarlıdır: “Biz qarışmayacağıq”Bu gün, 10:27Azərbaycan neftinin qiyməti 76 dolları ötübBu gün, 10:25İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayınBu gün, 09:56Rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVABu gün, 09:48Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edibBu gün, 09:40Mehriban Əliyeva Ümummilli Liderin anım günü ilə əlaqədar paylaşım edibBu gün, 09:21Bakı və Abşeronun bəzi ərazilərində qaz olmayacaqBu gün, 09:19İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edibBu gün, 09:1512 dekabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:09Ümummilli Lider Heydər Əliyevin anım günüdürBu gün, 08:59
Bütün xəbərlər