Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib

16:09 - 05 / 12 / 2024
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib

Xəbər verdiyimiz kimi, Ermənistan XİN ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün nəzərdə tutulmadığını açıqlayıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detalları məlum olub.

Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.

Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.

“Buna görə Azərbaycan ABŞ-nin, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.

Azərbaycan məhz ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.

Paylaş:
185

Son xəbərlər

Ceyhun Bayramov: Ermənistanla sülh müqaviləsi layihəsi üzrə 15 maddə razılaşdırılıbBu gün, 12:39Əli Əsədov səfirlikdə Heydər Əliyevin xatirəsini yad etdi - FOTOBu gün, 12:20Türkiyə səfirindən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIMBu gün, 12:00Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıbBu gün, 11:45Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıbBu gün, 11:15Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılırBu gün, 11:14Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edibBu gün, 11:05Prezidentin köməkçisi: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdurBu gün, 10:56Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşübBu gün, 10:45Bu ilin 11 ayında Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib? - STATİSTİKABu gün, 10:34Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblərBu gün, 10:28Tramp Suriyada qərarlıdır: “Biz qarışmayacağıq”Bu gün, 10:27Azərbaycan neftinin qiyməti 76 dolları ötübBu gün, 10:25İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayınBu gün, 09:56Rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVABu gün, 09:48Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edibBu gün, 09:40Mehriban Əliyeva Ümummilli Liderin anım günü ilə əlaqədar paylaşım edibBu gün, 09:21Bakı və Abşeronun bəzi ərazilərində qaz olmayacaqBu gün, 09:19İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edibBu gün, 09:1512 dekabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:09
Bütün xəbərlər