Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub” | 1news.az | Xəbərlər
Siyasət

Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”

Qafar Ağayev11:41 - 07 / 12 / 2024
Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”

Dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində XXI əsrdə də tarix yazmağa davam edirik. Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir.

1news.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

“2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub. 44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub. Şuşa Bəyannaməsi təkcə müttəfiqlik əlaqəsi deyil, eyni zamanda, münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir. Həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda nümayiş etdirdiyimiz qardaşlıq və həmrəylik iradəsi ortaq gələcəyimizin təminatıdır”, - Fuat Oktay diqqətə çatdırıb.

Paylaş:
188

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 76 dolları ötübBu gün, 10:25İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayınBu gün, 09:56Rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVABu gün, 09:48Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edibBu gün, 09:40Mehriban Əliyeva Ümummilli Liderin anım günü ilə əlaqədar paylaşım edibBu gün, 09:21Bakı və Abşeronun bəzi ərazilərində qaz olmayacaqBu gün, 09:19İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edibBu gün, 09:1512 dekabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:09Ümummilli Lider Heydər Əliyevin anım günüdürBu gün, 08:59Paytaxtın sıxlıq müşahidə edilən küçə və prospektləriBu gün, 08:52Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər11 / 12 / 2024, 17:35Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb11 / 12 / 2024, 17:25Göyçayda ev yanıb11 / 12 / 2024, 17:18Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?11 / 12 / 2024, 16:56“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova11 / 12 / 2024, 16:55Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə - FOTO - YENİLƏNİB11 / 12 / 2024, 16:49Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11 / 12 / 2024, 16:35Deputat: “Heydər Əliyevin onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”11 / 12 / 2024, 16:14
Bütün xəbərlər