Tıxaclar, “manatlıq” taksi, avtobus zolaqları, avtoxuliqanlıq, qəzalar – Bakı DYP rəsmisi ilə müsahibə - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Tıxaclar, “manatlıq” taksi, avtobus zolaqları, avtoxuliqanlıq, qəzalar – Bakı DYP rəsmisi ilə müsahibə - VİDEO

Qafar Ağayev17:11 - 05 / 03 / 2024
Tıxaclar, “manatlıq” taksi, avtobus zolaqları, avtoxuliqanlıq, qəzalar – Bakı DYP rəsmisi ilə müsahibə - VİDEO

Bakı şəhərində günü-gündən avtomobillərin sıxlığı müşahidə olunur.

Avtomobillərin sayının çox olması Bakıda nəqliyyatla bağlı səlahiyyətli qurumların, xüsusilə də Bakı şəhər Dövlət Yol Polisi Şöbəsinin üzərinə böyük məsuliyyət qoyur desək, yanılmarıq.

Yollardakı vəziyyət təkcə avtomobil idarə edən şəxsləri deyil, elə bütün hərəkət iştirakçılarına təsir edir. Bəzilərimiz avtomobil idarə edərkən, bəzilərimiz velosiped, skuter idarə edərkən, bəzilərimiz isə piyada kimi nəqliyyatın bir hissəsiyik.

Elə ona görə də yollarda çətinlik çəkən bütün hərəkət iştirakçılarının ilk ağlına gələn elə yol polisləri olur.

Böyüyən Bakında mobilliyin təmin olunması üçün də digər qurumlar tərəfindən də bir sıra işlər görülür. Buna misal olaraq avtobuslar üçün çəkilən xüsusi zolağı, velosiped zolaqlarını, ödənişli parklanma yerlərinin təşkilini və s. göstərmək olar.

Elə bütün bunları nəzərə alaraq sıxlığın qarşısının alınması, yol hərəkəti qaydalarına riayət olunması, avtobus zolaqlarındakı problemlər, parklanma, avtoxuliqanlıq, “manatlıq” taksi, qurumlararası koordinasiya və s. məsələlərlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli 1news.az-ın suallarını cavablayıb.

Videomüsahibəni təqdim edirik:

Paylaş:
8456

Son xəbərlər

Bütün xəbərlər