Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaq | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaq

12:42 - 05 / 12 / 2024
Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaq

Azərbaycanın marketinq üzrə uğur hekayələri bütün dünyada təqdim ediləcək: Kotler Impact-in Azərbaycan üzrə rəsmi tərəfdaşı olan AWE Consulting-in Baş Direktoru və Təsisçisi Tata Çolariya və Regional Direktoru Elmira Cavadova ilə müsahibə

Azərbaycanın Şərq və Qərb arasında strateji mövqeyi, sürətli iqtisadi artımı və zəngin mədəni irsi onu dünyada potensiala malik bazar kimi tanıtdı. Xoş xəbərdir ki, "Müasir Marketinqin Əsasları" (“Essentials of Modern Marketing”) layihəsi bu ilin noyabr ayında rəsmi olaraq aktiv mərhələyə keçdi və Azərbaycanın 20-dən çox aparıcı yerli və beynəlxalq şirkəti iştirak etməkdə maraqlı olduğunu ifadə etdi. Xüsusilə, Procter&Gamble Azerbaijan öz müvafiq tədqiqatını həm Gürcüstan, həm də Azərbaycan nəşrləri üçün təsdiqləyərək layihənin regional əhəmiyyətini artırdı.

Bu təşəbbüsü irəlilətməkdə göstərdiyi qiymətsiz dəstəyə görə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan)-na dərin minnətdarlığımızı bildiririk.

Bu təşəbbüs çərçivəsində biz "Müasir Marketinqin Əsasları" kitabı üçün Azərbaycanın məsləhətçi şurasını yaratmaq üzərində işləyirik. Bu şuraya müxtəlif sahələrdən 10 nüfuzlu lider daxil olacaq. Procter&Gamble Azərbaycan şirkətinin brend direktoru və AmCham Azərbaycan Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin Təsisçisi və Sədri artıq bizə qoşulmub və bu yenilikçi layihəyə öz təcrübə və görüşlərini əlavə ediblər.

Azərbaycan nəşri olan "Müasir Marketinqin Əsasları" (EOMM Azerbaijan) ölkənin enerji, texnologiya, kənd təsərrüfatı və turizm kimi sahələrindəki ən innovativ və dayanıqlı şirkətləri önə çıxaracaq. Bu təşəbbüs, 50-dən çox ölkəni əhatə edən qlobal layihənin bir hissəsi olaraq, yalnız Azərbaycan biznesinə beynəlxalq şöhrət qazandırmaqla kifayətlənməyəcək, həm də onu dünya miqyasında marketinq mükəmməlliyi hekayəsinə inteqrasiya edəcək.

AWE Consulting-in Baş Direktoru və Təsisçisi Tata Çolariya və şirkətin Regional Direktoru Elmira Cavadova, layihə və bu təşəbbüsün Azərbaycan şirkətləri üçün təqdim etdiyi imkanlarla bağlı öz baxışlarını və fikirlərini bölüşürlər.

S: Niyə Azərbaycan "Müasir Marketinqin Əsasları" qlobal layihəsinə vacib əlavədir?

AWE Consulting-in Baş Direktoru və Təsisçisi Tata Çolariya

Tata Çolariya: - Azərbaycan bazarı inanılmaz dərəcədə dinamikdir, öz unikal mədəni irsini sürətli modernləşmə və biznes yenilikləri ilə birləşdirir. Onun Şərq və Qərb arasındakı strateji mövqeyi onu regional və qlobal bazarlarda əsas oyunçuya çevirir. Azərbaycan şirkətlərini "Müasir Marketinqin Əsasları"nda göstərməklə, biz dünya səviyyəsində tanınmağa layiq olan hekayələri işıqlandırırıq və əməkdaşlıq və inkişaf imkanlarına yol açırıq.
AmCham Azərbaycan ilə olan tərəfdaşlığımız, ən tanınmış yerli şirkətlərin beynəlxalq səviyyədə tanınmasını təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.

S: Azərbaycan şirkətləri bu layihəyə qatılmaqdan nə gözləyə bilər?

Elmira Cavadova: - Kotler Impact ilk olaraq kitabı ingilis dilində nəşr edəcək. O, Amazon vasitəsilə yayılacaq, həmçinin rəsmi Kotler Impact səhifəsində və dünyanın 100-dən çox ölkəsində aparıcı onlayn kitabxanalar vasitəsilə təqribən 10 milyon insanı əhatə edəcək. Bu cür görünürlük səviyyəsi, Azərbaycan biznesinə yeni tərəfdaşlıqlar, investisiyalar və bazar genişlənməsi üçün bənzərsiz imkanlar təqdim edir.
Bundan başqa, EOMM-də təmsil olunan Azərbaycan şirkətləri müstəsna olaraq nüfuzlu Kotler Mükafatlarını (Kotler Awards) almaq hüququ qazanacaqlar.

S: Kotler mükafatları və onların əhəmiyyəti barədə ətraflı məlumat verə bilərsinizmi?

Tata Çolariya: - Kotler mükafatı, dünyada marketinq sahəsində ən nüfuzlu mükafatlardan biridir və innovativ strategiyaları və effektiv biznes artımını mükafatlandırır. "Müasir Marketinqin Əsasları"nda təqdim olunan şirkətlər avtomatik olaraq nominasiya üçün nəzərdən keçiriləcək. Bu mükafatı qazanmaq, şirkətin beynəlxalq statusunu artırmaqla yanaşı, onun marketinq praktikalarına verdiyi töhfəni də vurğulayır.

S: Azərbaycan gələcək Dünya Marketinq Sammitlərində hansı rolu oynayacaq?

Tata Çolariya: - Biz istəyirik ki, Azərbaycan gələcək Dünya Marketinq Sammitinin (WMS) əsas iştirakçılarından biri olsun və bəlkə də, ev sahibi ölkə olaraq bu tədbiri qəbul etsin. 80 milyondan çox izləyicisi olan WMS, yüksək səviyyəli rəhbərlər, fikir liderləri və siyasətçiləri bir araya gətirən qlobal bir platformadır. EOMM-də təqdim olunan Azərbaycan şirkətləri öz hekayələrini təqdim etmək imkanı qazanacaq və bu, beynəlxalq əməkdaşlığa təkan verəcək, qlobal investisiyaları cəlb edəcək.

AWE Consulting-in Regional Direktoru Elmira Cavadova

Elmira Cavadova: - Baş ofisi Kanadanın Toronto şəhərində yerləşən Dünya Marketinq Sammiti (WMS) marketinq vasitəsilə gələcək nəsillər üçün daha yaxşı bir dünya yaratmağa sadiq olan müstəqil qlobal təşkilatdır. Artıq 12 ildir ki, təşkilatçılar siyahısı Kanada, İtaliya, Böyük Britaniya, Yaponiya, Türkiyə və s. kimi ölkələrdən ibarətdir. Əsas sponsorlar arasında IBM, Nestlé, Lexus, BMW, Accenture və bir çox başqaları yer almışdır. WMS-in unikal vizyonu marketinqi korporativ alətdən sosial ekvalayzerə yüksəltməkdən ibarətdir ki, bu da qlobal strategiyanı irəli sürməklə yanaşı, “marketinq vasitəsilə daha yaxşı dünya yaratmaq” vədini yerinə yetirir. WMS-in məqsədi təfəkkürə təsir etmək və iqtisadi, ətraf mühit və insanların rifahını yaxşılaşdırmaq üçün əməliyyat modellərini inkişaf etdirməkdir.

Növbəti elektron Dünya Marketinq Sammiti bu il dekabrın 7 və 8-də keçiriləcək. Qürurla qeyd etmək istərdim ki, Azərbaycan bu tədbirdə təmsil olunacaq, AmCham Azərbaycanın Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin sədri Aysel Süleymanova WMS 2024-də çıxış edənlər siyahısında yer almışdır.

S: Azərbaycan universitetləri bu təşəbbüsdə necə iştirak edirlər?

Elmira Cavadova: - Biz yerli universitetlərlə sıx əməkdaşlıq etmək və tematik tədqiqatların hazırlanması və strukturlaşdırılması prosesinə qatılmaq istəyirik. Bu tərəfdaşlıq tələbələrə real bizneslə tanış olmaq və akademik təhsili praktik biliklərlə birləşdirmək imkanı verəcək. EOMM-ni universitet proqramlarına inteqrasiya edərək, biz uzunmüddətli təhsil təsiri yaratmağı hədəfləyirik ki, bu da həm tələbələrə, həm də biznes icmasına fayda gətirəcək.

В: Şirkətlər necə iştirak edə bilərlər və növbəti addımlar nədir?

Elmira Cavadova: - Biz layihənin bu ilin noyabr ayında aktiv mərhələyə keçməsindən məmnunuq və artıq Azərbaycanın 20-dən çox yerli və beynəlxalq şirkəti iştirak etməkdə maraqlı olduğunu ifadə edib. Onlardan biri, Procter&Gamble Azerbaijan, öz tədqiqatını həm Gürcüstan, həm də Azərbaycan nəşri üçün təsdiqləyib.

İştirak etmək istəyən şirkətlər sadə qeydiyyat prosedurunu keçərək başlayarlar. İlk iştirakçıların loqoları kitabın üz qabığında yerləşdiriləcək, bu da marka tanınması və beynəlxalq şöhrət qazandıracaq.

Tata Çolariya: - AmCham Azərbaycan-dan güclü dəstək sayəsində biz əminik ki, bu təşəbbüs böyük maraq yaradacaq və Azərbaycan biznesini qlobal səhnəyə çıxaracaq. Bu layihə yalnız bir kitab deyil, eyni zamanda Azərbaycanın uğur hekayələrini nümayiş etdirmək, yenilikləri təşviq etmək və qlobal biznes lideri olaraq mövqeyini gücləndirmək üçün bir platformadır. Hazırda dünyanın bir neçə ölkəsi Dünya Marketinq Sammitinə ev sahibliyi etməkdə böyük maraq ifadə edib və biz çalışacağıq ki fiziki WMS 2025-in təşəbbüskarı Azərbaycan olsun.

Layihədə iştirak etməkdə maraqlı olan şirkətlər Awe Consulting ilə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərlər:
[email protected]
[email protected]

Paylaş:
985

Son xəbərlər

Bütün xəbərlər