Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ

Qafar Ağayev17:27 - 12 / 11 / 2024
Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ

İş adamı və musiqiçi, Azərbaycanın xalq artisti Emin Ağalarov bu gün Bakıda keçirilən COP29 sammiti çərçivəsində tədbirə qatılıb.

1news.az Emin Ağalarovadan müsahibə alıb.

- Bakıda keçirilən COP29 sammiti ilə bağlı təəssüratlarınız necədir?

- Mən COP29-dan çox məmnunam. Bu, möhtəşəm təşkil olunmuş bir tədbirdir. 120 dünya lideri bir araya gəlib və bu, məndə qürur hissi yaradır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin qlobal miqyasda hansı perspektivlərə sahib olduğunu göstərir.

- Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etmək perspektivləri haqqında nə düşünürsünüz?

- Perspektivlər çox genişdir. Dünyanın bu qədər lideri bir yerə toplaşanda yalnız siyasi məsələlər deyil, həm də biznes əlaqələri və yeni əməkdaşlıq imkanları müzakirə olunur. Cənab Prezidentin dediyi kimi, Azərbaycan Qərb ilə Şərq, Cənub ilə Şimal arasında çoxfunksiyalı bir körpüdür. Prezidentin təbii sərvətləri “Tanrının bir hədiyyəsi” olaraq qiymətləndirməsi də məni təsirləndirdi. Bakıda keçirilən COP29 sammiti, həmçinin ölkəmizin və liderimizin qlobal nüfuzunu artırır və Azərbaycana böyük gələcək perspektivləri vəd edir.

- COP29 çərçivəsində işgüzar görüşlər keçirməyə imkanınız oldumu və belə planlarınız varmı?

- Bu cür imkanlar daim mövcuddur. Biznes tərəfdaşları və investorlar gündəlik olaraq gəlir. Bu gün bir neçə liderlə görüşdüm, əvvəllər tanıdığım şəxslər idi. Onlara Sea Breeze-i təqdim etmək üçün şəxsən dəvət etdim və onlara ekskursiya keçirdik.

- Bir çox layihə həyata keçirirsiniz. Bu layihələrdən hər hansı biri ekoloji cəhətdən təmizdir?

- Ən böyük ekoloji təşəbbüsümüz Sea Breeze ilə bağlıdır. Son bir il ərzində orada 5 milyondan çox ağac və bitki əkdik. Gələcəkdə isə bu rəqəmi 25 milyona çatdırmağı planlaşdırırıq. Biz yaşıl şəhər konsepsiyasını tətbiq edirik. Həmçinin, davamlı enerji mənbələri ilə bağlı yenilikləri öyrənirik və enerji xərclərini optimallaşdıraraq, şəhərimizi ekoloji cəhətdən təmiz etməyə çalışırıq. Bu məqsədlə külək və günəş enerjisindən istifadəyə xüsusi diqqət yetiririk. Həmçinin, Sea Breeze ərazisində avtomobillər əvəzinə, elektrikli avtomobillər və qolf arabaları ilə səyahət etməyi təşviq edirik. Bu, sakinlərimizin həyatını ekoloji cəhətdən daha təmiz edir.

Müəllif: Leyla Məmmədova

Tərcümə: Qafar Ağayev

Foto: Nadir İbrahimli

Paylaş:
377

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42Noyabrın 21-ə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:29Bakıda 59 yaşlı qadını maşın vurubBu gün, 09:11Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:58Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib20 / 11 / 2024, 17:42Audiovizual Şura “Vətəndaş A” serialına görə “İTV”-yə xəbərdarlıq etdi20 / 11 / 2024, 17:37
Bütün xəbərlər