Bolqarıstan və Rumıniya Şengen zonasına tamhüquqlu üzv oldular
Brüsseldə Avropa İttifaqı (Aİ)ölkələrinin daxili işlər nazirlərinin toplantısında Bolqarıstan və Rumıniyanın quru yolla da Şengen zonasına daxil edilməsinə qərar verildi.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hər iki ölkə 31 martda Aİ-nin sərbəst səyahət zonasına dəniz və hava yolları ilə daxil edilmişdi.
Bolqarıstan və Rumıniya Şengenə qoşulmaq məsələsində son olaraq Niderland, Macarıstan və Avstriyanın maneəsinə rast gəlmişdi.
Miqrasiya və korrupsiya kimi səbəbləri əsas gətirən ölkələrdən son olaraq Vyana vetosunu geri çəkəcəyini açıqlamışdı.
Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olmuşdular.
55