“Yuxum gəlir” - “Bolt” sürücüsündən sifarişdən imtina üçün qəribə SƏBƏB
1news.az saytına oxucularından biri müraciət edərək "Bolt" taksi xidməti ilə bağlı xoşagəlməz bir hadisə haqda məlumat verib.
O, bildirib ki, "Bolt" tətbiqindan taksi sifariş edib. Sifarişdən sonra sürücü nəinki qeyd olunan ünvana gəlməyib, hətta yazışma vaxtında açıq şəkildə yuxulu olduğunu bildirərək sifarişi yerinə yetirmək istəmədiyini deyib.
Bu hadisə nəticəsində oxucu planlarını dəyişdirmək məcburiyyətində qalıb və təcili olaraq alternativ nəqliyyat vasitəsi axtarmaq zorunda olub ki, bu da ciddi narahatlıqlara səbəb olub.
Məsələ ilə bağlı "Bolt" şirkətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sürücü barəsində lazımi tədbirlər görüləcək və onunla bağlı əvvəllər də şikayətlərin olub-olmaması araşdırılacaq.
Bundan başqa, şirkət vətəndaşlara oxşar hallarla üzləşərkən tətbiqin dəstək bölməsində şikayət etməyi və digər məsələlərə dair müraciət etməyi tövsiyə edib.