İsrail qüvvələri 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olub | 1news.az | Xəbərlər
Dünya

İsrail qüvvələri 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olub

Qafar Ağayev09:21 - 09 / 12 / 2024
İsrail qüvvələri 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olub

İsrail qüvvələri Suriya ərazilərinə irəliləyib.

1news.az xəbər verir ki, bu barədə "The New York Times" İsrail rəsmilərinə istinad edərək məlumat yayıb.

Bildirilib ki, rəsmilər İsrailin hava qüvvələrinin həftə sonu Suriya dövlətinin hərbi obyektlərini də vurduğunu təsdiqləyiblər.

Həmin hərbi obyektlərin "müxaliflərin" əlinə keçməsinin İsrail üçün təhlükə təşkil etdiyini bildirən rəsmilər, vurulan hədəflər arasında kiçik kimyəvi silah anbarları, radar təchizatlı batareyalar, Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri və Skad raketlərinin olduğunu qeyd ediblər.

İsrail rəsmiləri, İsrail qüvvələrinin Qolan yüksəkliklərindəki tampon zonanı keçərək 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olduğunu bildirib.

İsrail Baş naziri Benyamin Netanyahu dünən işğal altında saxladıqları Qolan yüksəkliklərindəki tampon zonanı "ələ keçirmələri" üçün orduya tapşırıq verildiyini söyləmişdi.

Həmçinin, İsrail dövlət televiziyası KAN-ın xəbərində İsrail ordusunun işğal altındakı Qolan yüksəkliklərinin Suriya tərəfində yerləşən Şeyx dağına nəzarəti ələ keçirdiyini təsdiqlədiyi vurğulanıb.

İsrail 1967-ci ildən Suriya ərazisi olan Qolan yüksəkliklərini işğal altında saxlayır. 1974-cü ildə İsrail və Suriya arasında imzalanan Qoşunların Çıxarılması Sazişi ilə tampon zonanın və silahsızlaşdırılmış ərazinin sərhədləri müəyyən edilmişdi.

Paylaş:
240

Son xəbərlər

HHQ-də voleybol üzrə birincilik keçirilibBu gün, 17:41“Time” jurnalı Trampı “ilin adamı” elan edibBu gün, 17:35“Yuxum gəlir” - “Bolt” sürücüsündən sifarişdən imtina üçün qəribə SƏBƏBBu gün, 17:08Bolqarıstan və Rumıniya Şengen zonasına tamhüquqlu üzv oldularBu gün, 16:46Lənkəranda təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə ölübBu gün, 16:45Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 16:23Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQBu gün, 16:14Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - FOTOBu gün, 16:03“Kartdan karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilibBu gün, 15:47Yaşar Gülər DSX rəisi Elçin Quliyevi qəbul edibBu gün, 15:46ADY: Yaxın günlərdə Balakən istiqamətində sərnişin qatarları fəaliyyətə başlayacaqBu gün, 15:29Bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günüdürBu gün, 15:22Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilibBu gün, 15:03Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıbBu gün, 14:50Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib - FOTO - VİDEOBu gün, 14:37DTX-nin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edibBu gün, 14:29Daxili İşlər Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edibBu gün, 13:58141 mindən çox proaktiv müavinət və təqaüd təyin olunubBu gün, 13:38Lenovo rəsmisi: Süni intellektin müştərilərimiz üçün daha da əlçatan olmasına sərmayə qoymağa davam edirikBu gün, 13:35AFFA “Qarabağ” klubunu 2000 manat cərimələyibBu gün, 13:20
Bütün xəbərlər