ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub

Qafar Ağayev16:56 - 19 / 11 / 2024
ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) sədri, Polşa Dəmir Yolları (PKP) Korporasiyasının İdarə Heyətinin prezidenti Alan Berud və Korporasiyanın Belçikadakı nümayəndəliyinin direktoru Tomaş Laxoviçlə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim böhranı ilə bağlı qlobal çağırışların əhəmiyyətinə və birgə fəaliyyətin səmərəliliyinə diqqət çəkilib.

Görüş zamanı tərəflər ADY ilə UIC və PKP arasında əməkdaşlığın əsas istiqamətləri, 1995-ci ildən UIC-nin üzvü olan ADY-nin təşkilatın fəaliyyətindəki rolu və beynəlxalq layihələrdəki iştirakı müzakirə olunub. Azərbaycanla Avropa İttifaqı arasında potensial dəmiryol əlaqəsinin təkmilləşdirilməsi, eləcə də tranzit vaxtının optimallaşdırılması barədə məqamlara toxunulub, beynəlxalq yük daşımalarındakı yeniliklər, rəqəmsallaşma və dayanıqlılıqla bağlı ən yaxşı təcrübələrdən söz açılıb.

Rövşən Rüstəmov son illərdə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması istiqamətində aktiv fəaliyyət göstərdiyini, Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun bu ilin mayından tam gücü ilə işlədiyini və bununla da dəmiryol xəttinin buraxılış gücünün illik 5 milyon tonadək artdığını qeyd edib.

Rəqəmsal transformasiya və dayanıqlı ətraf mühit istiqamətində görüləcək işlərdə birgə fəaliyyətin zəruriliyinə diqqət çəkən ADY sədri Rövşən Rüstəmov hər iki istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin bütün tərəflər üçün faydalı olacağını bildirib.

UIC-nin sədri Alan Berud dəmiryol sahəsində regional və qlobal əməkdaşlığın dayanıqlı gələcəyə töhfə verəcəyinə əmin olduğunu deyib.

ADY ilə Polşa Dəmir Yolları Korporasiyası arasında beynəlxalq yük daşımalarında restrukturizasiya imkanlarının olduğunu qeyd edən PKP-nin nümayəndəsi Tomaş Laxoviç ümumi multimodal yükdaşıma mərkəzi və vaqon parkının xidmət keyfiyyətini yaxşılaşdıracağına inandığını deyib.

Paylaş:
173

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər