Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib

Qafar Ağayev16:38 - 03 / 12 / 2024
Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib

Dekabrın 3-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə işçi qrupunun video-konfrans formatında 3-cü iclası Azərbaycanın sədrliyi, Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

1news.az xəbər verir ki, iclasda DTA-nın aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov və təşkilatın baş katibinin müavini Dimitrios Rallis açılış nitqləri ilə çıxış ediblər.

Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Moldova, Şimali Makedoniya və Ukraynanın təmsil olunduğu iclas zamanı Azərbaycanın təşkilata sədrlik etdiyi 2023-2024-cü illər ərzində fəaliyyət istiqamətləri müzakirəyə çıxarılıb, turizm üzrə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb.

Üzv dövlətlərə noyabr ayında Azərbaycanın ev sahibliyi ilə keçirilmiş COP29 tədbiri çərçivəsində təşkil olunan "Turizm Günü" tədbirləri, həmçinin Qlazqo Bəyannaməsinə qoşulma təşəbbüsü haqqında ətraflı məlumat verilib.

İclasın yekununda “2023-2024-cü illər üzrə QDİƏT-in Turizm sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Fəaliyyət Planı” təsdiq edilib.

Paylaş:
83

Son xəbərlər

Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİB03 / 12 / 2024, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıb03 / 12 / 2024, 17:51
Bütün xəbərlər