Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”

Qafar Ağayev10:49 - Bu gün
Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”

"Elm və Təhsil Naziriliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır".

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

O bildirib ki, hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbəqədər təhsil alır.

O əlavə edib ki, təhsildə olan dəyişikliklərin uzunmüddətli olmasının səbəbi vaxtilə edilən və ya edilməyən işlərin nəticəsini 10-15 il sonra görməyimizdir:

“Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.

Nazir bildirib ki, qarşıda olan digər çağırış isə məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir.

O bildirib ki, məktəbəqədər təhsil üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir.

Paylaş:
60

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıbBu gün, 17:58Gənc yazar dünyasını dəyişdiBu gün, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcəkBu gün, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunurBu gün, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTOBu gün, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20
Bütün xəbərlər