Vüsal Xəlilov: 2024-cü ildə nağdsız ödənişlərdə 66 faiz artım müşahidə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüsal Xəlilov: 2024-cü ildə nağdsız ödənişlərdə 66 faiz artım müşahidə edilib

Qafar Ağayev10:01 - 03 / 12 / 2024
Vüsal Xəlilov: 2024-cü ildə nağdsız ödənişlərdə 66 faiz artım müşahidə edilib

“2024-cü ildə Azərbaycanda kartlarla aparılan nağdsız ödənişlərdə 66 faiz artım baş verib” .

1news.az xəbər verir ki ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunxa Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov deyib.
O, bildirib ki, bu müsbət inkişaf, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qəbul olunmuş yeni qanunlarla əlaqəlidir.

“Bu qanunlar bazarın şəffaflığını və rəqabət qabiliyyətini artıraraq istehlakçılara daha əlverişli xidmətlər təqdim edir.

Hal-hazırda 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş operatoru Mərkəzi Bank tərəfindən lisenziya alıb. Bu proses təşkilatların dayanıqlılığını artıraraq, vətəndaşların və ümumilikdə maliyyə sektorunun maraqlarının qorunmasını təmin edir. Mərkəzi Bankın tətbiq etdiyi xüsusi tənzimləmə rejimi innovativ maliyyə həllərinin bazara təhlükəsiz şəkildə təqdim olunmasına şərait yaradır.

“Açıq bankçılıq və açıq maliyyə təşəbbüsü ilə banklar, finteklər və istehlakçılar üçün yeni imkanlar yaranır” - deyə V.Xəlilov əlavə edib:

“Banklar bu yeni yanaşmadan daha çox faydalana biləcək təşkilatlardandır, çünki onların texniki imkanları daha genişdir. Bir neçə bank artıq bu texnologiyaları tam şəkildə tətbiq etməyə hazırdır və digər banklar da yaxın zamanda bu istiqamətdə irəliləyəcəklər.

Bu inkişaflar, Azərbaycan maliyyə sektorunun gələcəyini daha dayanıqlı və rəqabət qabiliyyətli edəcəkdir. Banklar, finteklər, tənzimləyicilər və istehlakçılar arasında qurulan harmonik əməkdaşlıq sektorda müsbət dəyişikliklərə gətirib çıxarır”.

Paylaş:
69

Son xəbərlər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİB03 / 12 / 2024, 17:59
Bütün xəbərlər