Dünya bazarlarında qızıl cüzi bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0.18% artaraq 2 612,70 ABŞ dollarına bərabər olub.
1news.az APA-ya istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0.07% azalaraq 29,39 ABŞ dollarına bərabər olub.
146