Sabirabadda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb - FOTO

Qafar Ağayev09:35 - Bu gün
Sabirabadda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb - FOTO

Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər