İctimai TV dəhşətli təyyarə qəzası ilə əlaqədar proqramında dəyişiklik etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai TV dəhşətli təyyarə qəzası ilə əlaqədar proqramında dəyişiklik etdi

Qafar Ağayev17:14 - 25 / 12 / 2024
İctimai TV dəhşətli təyyarə qəzası ilə əlaqədar proqramında dəyişiklik etdi

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İctimai Televiziya və Radio Yayımları Şirkəti efir proqramında dərhal dəyişiklik edilib, musiqi-əyləncə məzmunlu verilişlər efirdən çıxarılıb.

1news.az xəbər verir ki, bu barədə İctimai TV-nin yaydığı məlumatda qeyd olunub.

“Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə bir daha Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik!” - deyə məlumatda qeyd olunub.

Paylaş:
81

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər