Tovuzda zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar
Tovuzda tortdan zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.
1news.az "Report"a istinadən məlumatına görə, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.
Xatırladaq ki, bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, yeyiblər. Bir müddət sonra onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.
55