Hakan Fidan: Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir
Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.
1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.
Qeyd edək ki, Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.
879