LG telefon bazarını tərk etdi
Bir zamanlar smartfon bazarının liderlərindən olan LG Electronics, mobil telefon sahəsindən tamamilə çəkildiyini açıqlayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəzi patentlərini Çinin texnologiya nəhəngi Vivo-ya satdığını açıqlayıb.
2021-ci ildən smartfon istehsalını dayandıran LG, bu qərarla bazardan çıxışını tamamlayıb.
Vivo-ya satılan 46 patent əsasən video siqnalın sıxılması və kodeklər texnologiyasına aid standart patentlərdir. Bu patentlər arasında çərçivədaxili və çərçivələrarası proqnozlaşdırma, hərəkət vektorlarının analizi və video emalın səmərəliliyini artıran digər texnologiyalar yer alır.
627