Moldova Prezidenti dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Moldova Prezidenti dövlət başçısını təbrik edib

16:46 - 24 / 12 / 2024
Moldova Prezidenti dövlət başçısını təbrik edib

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

1news.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə cansağlığı, sevinc, ölkənizə firavanlıq və tərəqqi gətirən fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Mən ötən ay Bakıda COP29-un təşkilində Azərbaycanın göstərdiyi səyləri qeyd etmək istəyirəm. Sammit qlobal iqlim çağırışları üzrə mühüm dialoq platforması rolunu oynadı. Biz bu müzakirələrin aparılmasında ölkənizin rolunu yüksək qiymətləndiririk.

Əməkdaşlığımızı davam etdirməyi və Moldova ilə Azərbaycan arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizə bir daha ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər