Məşhur britaniyalı rəssamın “Özünü quş kimi azad hiss edən” əsəri Heydər Əliyev Mərkəzində nümayiş edilir - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur britaniyalı rəssamın “Özünü quş kimi azad hiss edən” əsəri Heydər Əliyev Mərkəzində nümayiş edilir - VİDEO

Qafar Ağayev11:16 - 19 / 12 / 2024
Məşhur britaniyalı rəssamın “Özünü quş kimi azad hiss edən” əsəri Heydər Əliyev Mərkəzində nümayiş edilir - VİDEO

Məşhur britaniyalı rəssam Yinka Şonibaranın (Yinka Shonibare) “Özünü quş kimi azad hiss edən” (Feeling Free Like a Bird) əsəri Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.

1news.az xəbər verir ki, İqlim dəyişikliyi problemlərinə həsr olunan bu instalyasiya ictimaiyyətə incəsənət vasitəsilə mesaj verir.
Atın üzərində təsvir olunan qadın özü ilə qəfəslərdən azad edilmiş nəsli kəsilməkdə olan Afrika quşlarını aparır. İnsan başını qlobus əvəz edir. Əsərləri dünyanın ən məşhur muzey və qalereyalarında sərgilənən Yinka Şonibara bu instalyasiya ilə iqtisadi problemlər və yaxınlaşmaqda olan ekoloji fəlakətdən qaçmaq istəyini ifadə edir.

Əsər Heydər Əliyev Mərkəzində 2025-ci il aprelin 6-dək nümayiş etdiriləcək.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər