NASA: İki amerikalı astronavtın Yerə dönüşü 2025-ci ilin martına qədər təxirə salınıb | 1news.az | Xəbərlər
Dünya

NASA: İki amerikalı astronavtın Yerə dönüşü 2025-ci ilin martına qədər təxirə salınıb

Qafar Ağayev13:23 - 18 / 12 / 2024
NASA: İki amerikalı astronavtın Yerə dönüşü 2025-ci ilin martına qədər təxirə salınıb

NASA, Beynəlxalq Kosmik Stansiyada (International Space Station (ISS)) aylardır qalan iki amerikalı astronavtın Yerə dönüşünün ən erkən 2025-ci ilin mart ayında mümkün olacağını açıqlayıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar onların planlaşdırılmış vaxtda Yerə qayıda bilməyəcəyini göstərir.

Astronavtlar Butç Uilmor və Suni Uilyams iyun ayında BKS-yə çatmışdılar. Əvvəlki plana əsasən, onların stansiyada sadəcə 8 gün qalması nəzərdə tutulmuşdu. Lakin Boeing şirkətinin Starliner raketinin itki sistemində ortaya çıxan problemlər səbəbindən NASA, dönüş planlarını tamamilə dəyişməli olub.

Hazırda təxminən 9 aydır kosmosda olan astronavtların Yerə qayıdışı ən erkən 2025-ci ilin mart ayında baş tutacaq.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər