HTŞ Lideri Colani: “İnqilabçı düşüncədən dövlətçi düşüncəyə keçməliyik” | 1news.az | Xəbərlər
Dünya

HTŞ Lideri Colani: “İnqilabçı düşüncədən dövlətçi düşüncəyə keçməliyik”

Qafar Ağayev10:26 - 16 / 12 / 2024
HTŞ Lideri Colani: “İnqilabçı düşüncədən dövlətçi düşüncəyə keçməliyik”

Suriyanı idarə etmək üçün inqilabçı düşüncədən dövlətçi düşüncəyə keçməliyik.

1news,az xəbər verir ki, Türkiyədən yayımlanan Suriya TV-yə danışan HEYET Tahrir Şam (HTŞ) lideri Əbu Məhəmməd əl-Colani deyib.

O, ölkədə sabitlik üçün hüquq və institutlara əsaslanan dövlət qurulmasının əhəmiyyətini qeyd edib və Əsəd dönəmində edilən səhvlərin təkrarlanmamalı olduğunu bildirib.

Colani, İsrailin Suriyadakı hücumlarını “əsassız” adlandıraraq, beynəlxalq ictimaiyyəti müdaxiləyə çağırıb. O, İranın Suriyadakı təsirini sona çatdırdıqlarını, problemli siyasətlərə qarşı olduqlarını, lakin İran xalqına düşmən münasibət bəsləmədiklərini deyib. Colani, Suriya hakimiyyətinin Rusiyanı qıcıqlandırmamaq üçün ehtiyatlı davrandığını da vurğulayıb.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər