Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir

Qafar Ağayev15:40 - 22 / 11 / 2024
Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə ölkənin turizm potensialını tanıtmaq məqsədilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən və "İpək Yolu üzərində turizm" mövzusuna həsr olunmuş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) iştirak edir.

1news.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, ölkəmizi milli stenddə "Azərbaycan Hava Yolları" və "Şahdağ Turizm Mərkəzi" QSC-lərlə birlikdə ümumilikdə 9 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək kurortları, şərabçılıq ənənələri, sağlamlıq və geniş qış turizmi imkanları barədə ətraflı məlumat verilir, eləcə də xarici turizm təmsilçiləri ilə B2B formatında işgüzar görüşlər təşkil olunur.

Sərgi çərçivəsində "Şahdağ Turizm Mərkəzi"nin üzv olduğu Avrasiya Dağ Kurortları Alyansının nümayəndələrinin iştirakı keçirilən tədbirdə Mərkəzin nümayəndələri üzvlərə və tədbir iştirakçılarına kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat verib.

Tədbirdə növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili "Şahdağ" Turizm Mərkəzinə ötürülüb və tədbirin 2025-ci ilin mart ayında keçirilməsi qərara alınıb.

TIFF Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur. Sabah başa çatacaq sərgiyə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən ümumilikdə 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir.

Bu ilin yanvar-oktyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 37 536 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Paylaş:
109

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər