Kamaləddin Qafarov: “Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir”

10:43 - 15 / 11 / 2024
Kamaləddin Qafarov: “Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir”

“Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iqlim dəyişikliyinin bu ölkələrə yaratdığı təhdidlər və yaranan təhlükələrin minimuma endirilməsi üçün zəruri olan tədbirlər müzakirə edilib.

Azərbaycan artıq uzun müddətdir ki, kiçik ada dövlətlərinə dəstək verir, onlara müxtəlif təbii fəlakətlərin təsirini azaltmaq üçün yardım göstərir. Azərbaycan su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: ” Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib.Dövlətimizin başçısı bütün inkişaf etmiş ölkələri bu işə səfərbər olmağa çağırdı. Qeyd olundu ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.”

K.Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirib: “Bu gün dünyaya demokratiya dərsi keçmək iddiasında olan Fransa və Niderland kimi dövlətlərin hələ də müstəmləkəsində qalan ölkələr hazırda iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlər sırasındadır. Həm də bu fəsadlar təkcə təbii proseslər nəticəsində deyil, həm də neokolonializmi təşviq edən dövlətlərin müstəmləkə ərazilərində dağıdıcı fəaliyyətləri ilə bağlı yaranır. Öz çıxışında dövlətimizin başçısı bu fəlakətlərə səbəb olan dövlətlərin həyata keçirdikləri siyasəti qətiyyətlə ifşa etdi. Fransa və Niderlandın öz müstəmləkə ərazilərində uzun illər boyunca apardıqları yüzlərlə nüvə sınaqları səbəbindən ətraf mühitin ciddi şəkildə ziyan görməsini vurğulayan cənab Prezident həmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə bu ölkələrin məsuliyyət daşıdıqlarını birmənlı şəkildə bəyan etdi. Cənab Prezident İlham Əliyev Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması hallarını diqqət mərkəzinə çəkərək, Makron rejiminin bu il Yeni Kaledoniyada kanakların legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyduğunu, 169 nəfəri yaraladığını və 1700 insanı həbs etdiyini xatırlatdı. Bütün bunlara baxmayaraq, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurasının Parlament Assambleyası tərəfindən pisləndi. Bu, da o deməkdir ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşürlər. Azərbaycan isə kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcəkdir”.

Paylaş:
170

Son xəbərlər

Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44
Bütün xəbərlər