İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır
“Maliyyə olmadan iqtisadiyyatı və siyasəti bir araya gətirmək mümkün deyil”. .
1news.az xəbər verir ki, bunu “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi" adlı Yüksək Səviyyəli tədbirdə Birləşmiş Millətlər Təşkilatının Meşə Forumunun 20-ci sessiyasının sədri İsmail Belen deyib.
“Beynəlxalq danışıqlar, xüsusilə iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, daxili mübarizə və identifikasiya kimi proseslərə xüsusi diqqət ayrılmalıdır”.
O, bildirib 35 ildən çox təcrübəyə malik biri kimi əminliklə deyə bilərəm ki, meşələr və meşə tərəfdarları olmadan iqlim dəyişikliyinə qarşı mübarizə mümkün deyil.
“Bu səbəbdən, meşələr xüsusi qorunan ərazilər kimi qəbul edilməli və hər kəs bu məsələyə dəstək olmalıdır.
COP29 çərçivəsində belə bir tədbirin ilk təşkilidir və olduqca vacib bir addımdır. Əlbəttə ki, müzakirə edilməli çoxlu rəqəm və göstəricilər var, lakin digər hökumətlərin meşəçiliklə bağlı təşəbbüslərə başladığını müşahidə etmək də önəmlidir” .
“Mənim fikrimcə, Azərbaycanın hökuməti bu il meşələrin maliyyələşdirilməsi və inteqrasiyasına xüsusi diqqət ayıracaq” - deyə o, əlavə edib:
“ Belə konfranslar meşələrin qorunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz hər cür təşəbbüs və fəaliyyəti dəstəkləməyə hazırıq. Ölkə ictimaiyyətlə əlaqəli tədbirlər təşkil etməli və bu məsələləri ictimaiyyətə daha geniş şəkildə çatdırmalıdır” .
Foto:Nadir İbrahimli