Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib

Qafar Ağayev15:50 - 14 / 11 / 2024
Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin müşaviri Fərid Vəliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Tural Verdiyev və Qoruğun məsul əməkdaşı Səmayə Məmmədova 13-15 noyabr tarixləri arasında Sloveniyanın Lyublyana şəhərində keçirilən Tarixi Şəhərlər Liqasının (TŞL) 19-cu Dünya Konfransında iştirak məqsədi ilə bu ölkəyə səfər ediblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən 1news.az-a bildirilib ki, səfər çərçivəsində TŞL-nin Baş katibi Shibata Shigenori və Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviçlə görüşlər keçirilib. Konfrans çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun təqdimatı əsasında iştirakçı ölkələrə Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası, tarixi-mədəni irsinin qorunmasının mühüm əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, hazırda Şuşada geniş abadlıq və quruculuq, yenidənqurma işləri aparılır, yeni infrastruktur obyektləri yaradılır, şəhərin dünya ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir.

Paylaş:
286

Son xəbərlər

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42Noyabrın 21-ə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:29Bakıda 59 yaşlı qadını maşın vurubBu gün, 09:11
Bütün xəbərlər