Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİB

17:34 - 14 / 11 / 2024
Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

1news.az xəbər verir ki, Məhəmməd Muizzu COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi.

Dövlət başçısı bu tədbirdə iştirakla bağlı dəvəti qəbul etdiyinə görə Maldiv Prezidentinə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Maldivin də ada dövləti olaraq iqlim dəyişmələrinin təsirlərinə məruz qaldığını dedi.

Azərbaycan Prezidenti Maldiv Prezidenti Məhəmməd Muizzunun ölkəmizə səfəri çərçivəsində aparılan müzakirələrin ikitərəfli əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.

Qonaq da öz növbəsində ölkəsinin iqlim dəyişmələrinə məruz qaldığını təsdiqlədi. O, bu yaxınlarda Maldiv-Bakı birbaşa uçuşlarının açılmasının ölkələrimiz arasında turizm və insanlararası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirdi. Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

14:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

Paylaş:
277

Son xəbərlər

Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02
Bütün xəbərlər