Nuru Paşanın hədiyyəsi, 150 eksponat, unikallığı ilə fərqlənən “İçərişəhərim” sərgisi - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Nuru Paşanın hədiyyəsi, 150 eksponat, unikallığı ilə fərqlənən “İçərişəhərim” sərgisi - MÜSAHİBƏ

Qafar Ağayev11:12 - 14 / 02 / 2024
Nuru Paşanın hədiyyəsi, 150 eksponat, unikallığı ilə fərqlənən “İçərişəhərim” sərgisi - MÜSAHİBƏ

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Bakı Şəhərində tursitlərin ən çox ziyarət etdiyi yerlərdəndir.

Elə buradakı muzeylər də turistlərin marağına səbəb olub. Bu yaxınlarda İçərişəhərdə keçirilən “İçərişəhərim” sərgisi maraqla qarşılandı

1news.az maraqla qarşılanan bu sərgi ilə bağlı "İçərişəhər" Muzey Mərkəzinin direktor müavini Fidan Seyidovadan müsahibə alıb.

- Fidan xanım, İçərişəhər Muzey Mərkəzinin 2023-cü il fəaliyyəti ərzində hansı maraqlı layihə və sərgilər baş tutub?

- İçərişəhər hər zaman müxtəlif tədbirlərin keçirdiyi məkan kimi çıxış edir və öz növbəsində minlərlə ziyarətçinin gəlməyinə səbəb olur. 2023-cü il ərzində “İçərişəhər” tərəfindən bir çox kütləvi mədəni və sosial tədbirlər və layihələr həyata keçirilmişdir. Bunların arasında xüsusilə maraq doğuran Türk Dövlətləri təşkilati ilə birgə “Yaşanılabilən və dayanaqlı irs şəhərləri” adlı beynəlxalq konfrans, “Fotolarda canlanan tarix” layihəsi, “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş silsilə sərgilər, “II Milli Qurama Festivalı” çərçivəsində keçirilən tədbirlər və İçərişəhərin sakinləri ilə birgə həyata keçirilmiş “İçərişəhərim” sərgisi olmuşdu.

Fidan Seyidova

- 2023-cü il ərzində İçərişəhər muzeylərini nə qədər insan ziyarət edib? Əcnəbi turistlər neçə faizini təşkil edir? Ən çox hansı muzeylər ziyarət olunub?

- Bakıya gələn turistlərin ən çox baş çəkmək istədikləri məkanlardan biri İçərişəhərdir. Çünki burada yerləşən məşhur abidələr memarlıq nümunələrinin inciləri hesab edilir. Amma bundan savayı, turistlərin bu məkanı seçməsinin səbəblərindən biri də, onların burada özlərini rahat hiss etməsidir. Burada şəhərimizin qonaqları üçün onlarla tarixi-memarlıq abidələri-məscidlər, karvansaralar, hamamlar, muzeylər, otel, ticarət obyektləri, ictimai iaşə obyektlər bir ekosistem kimi xidmət göstərir. İdarə fəaliyyəti nəticəsində görülən məqsədyönlü və sistemli tədbirlər İçərişəhərin milli-mədəni irsinin təbliği mərkəzinə çevrilməsinə, onun mədəni turizm və istirahət məkanı kimi potensialının artırılmasına yönəlib. Əlbətdə, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və Qala Qoruğu turistlərin xüsusi maraq nöqtəsidir. Ümumiyyətlə 2023-ci ildə ziyarətçilərin sayı 380 410 nəfər təşkil edib, onlardan 119 968 nəfər əcnəbi ziyarətciləridir.

- Bildiyimiz qədər ilin əvvəlində qeyd etdiyiniz “İçərişəhərim” sərgisinin bağlanış mərasimi keçirilib. Sərgini fərqli edən nə idi?

- Son aylar ərzində keçirilən “İçərişəhərim” sərgisinin unikallığı İçərişəhərli olan sakinlərin soykökündən gələn dəyərləri və onların tarixini ictimaiyyətə nümayiş etdirməsidir. Qeyd etmək istəyirəm ki, İçərişəhərin sakinləri tarixin daşıyıcılarıdır, onlar öz varlıqları və xatirələri ilə İçərişəhərin qeyri-maddi mədəni irsini yaşadırlar. Belə sərgilərin vasitəsi ilə İçərişəhərin keçmişini daha yaxından öyrənirik və içərişəhərlilərə xas olan xüsusi abu-havanı və adət-ənənəni çox aydın təsəvvür etmiş oluruq. İlk baxışdan sadə görünən eksponatların hər biri özündə tarixi bir hadisəni yaşadır və bir anlıq bizi keçmişə aparır.

- Neçə eksponat nümayiş olundu? Ən qədim eksponat neçənci əsrə aiddir?

- İçərişəhərin canlı şəhər olması və burada insanların yaşaması bir abidə kimi onu daha da fərqləndirir. İçərişəhər sakinlərinin öz yadigar əşyalarında tarixi qoruyub saxlayaraq sərgiləməsində əsas məqsədlərdən biri də sakinlərimizin milli irsimizə verdikləri dəyərdir və bu gələcək nəsil üçün bir örnəkdir. Sərgidə 20-dən çox ailə və nəslə məxsus olan eksponatlar nümayiş olunurdu. Eksponatların ümumi sayı 150-ə yaxın idi. Burada İçərişəhərin ən tanınmış, ziyalı şəxsləri ilə yanaşı sadə, zəhmətkeş ailələrin də şəxsi əşyaları nümayiş edilirdi. Eksponatlar mövzu üzrə bölünmüşdü. Musiqi aləmi, din, ticarət əlaqələri, sənəd və fotoşəkillər kimi bölmələrin eksponatları arasında ən qədimi XVIII əsrə aid olan miniatür güzgü, ən maraqlı eksponatlardan biri isə Nuru Paşanın İçərişəhər sakini, tacir Hacı Şıxəliyə ərmağan etdiyi qəmə idi. Belə ki, 1918-ci ilin 15 sentyabrında Bakının azad edilməsində iştirak etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Bakıda olan zaman İçərişəhər sakinləri ilə görüşmüş, türk əsgərlərinə göstərilmiş xüsusi diqqət və qayğıya görə öz qəməsini sakinə bağışlamışdır.

- Bildiyimiz kimi, siz də bir İçərişəhərli kimi öz qədim əşyalarınızı təqdim etmişdiniz. Niyə məhz bu eksponatlar?

- Tamamilə düz qeyd etdiniz. İçərişəhər Qoruq İdarəsinin əməkdaşı olmaqla yanaşı, həm də əslən içərişəhərliyəm. İçərişəhərin ziyali ailərindən olan Məlikovlar və Aşurovlar ailəsinin ən kiçik nümayəndəsiyəm. Babalarım İçərişəhərdə Mirzə Mansur Mansurov 29 ünvanında yerləşən ikimərtəbəli mülkün və “Zəncirli bina” (hal hazırda Bakı Fotoqrafiya Evi) adı ilə tanınan imarətin sahibkarları olublar. Nənəm Kübra xanım Azərbaycanın Milli Burjuaziyasının görkəmli nümayəndəsi, birinci gildiya taciri, Azərbaycan gəmiçiliyinin banilərindən biri, Bakı şəhər Dumasının üzvü, 1905-ci ildə Bakı camaatını erməni təcavüzündən qorumuş – Hacı Aslan Hacı Qurbanovun qızıdır.

Sərgidə nümayiş edilən nənəmin qızıl saplarla işlənmiş tirmə şalı və öz əlləri ilə tikdiyi qırmızı məxmər parçadan olan möhür qabı və möhürü , sərginin mövzu bölgülərinə daha yaxın olduğu üçün seçilib.

- İçərişəhər paytaxtımızda turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Bu sərgi əcnəbilərin də diqqətini cəlb edə bildimi?

- “İçərişəhərim” sərgisini hazırlayarkən gözləyirdik ki, sərgiyə yerli əhalinin diqqəti daha çox olacaq, amma layihənin əcnəbi ziyarətçilər üçün də bu qədər maraq doğuracağını təsəvvür edə bilmirdik. Sərgi ziyarətçiləri arasında xarici qonaqların üstünlük təşkil etdiyini görərək, biz bir ay nəzərdə tutulan sərginin vaxtını uzatdıq. Statistik göstəricilərə əsasən iki ay ərzində ümumi olaraq 5 617 nəfər ziyarət edib, onlardan 3 466 nəfəri əcnəbilər təşkil edir.

- 2024-cü ilə hansı layihələr gözlənilir?

- İçərişəhər Muzey Mərkəzi 2024-cü il üçün çoxlu sayda mühüm və maraqlı layihələri həyata keçirməyi nəzərdə tutub. Mədəni irsin qorunub saxlanılması və yaradıcı sahə ilə əlaqədar İçərişəhər Qoruq İdarəsinin qurumları, həmçinin sakinlərlə birgə layihələr gözlənilir. Bu layihələr bizim milli mədəni irsin geniş yayılması və təbliğ edilməsinə yönləndirilib.

Paylaş:
3537

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər