Yevlaxda 41 yaşlı kişi iş başında ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda 41 yaşlı kişi iş başında ölüb

10:37 - 18 / 04 / 2025
Yevlaxda 41 yaşlı kişi iş başında ölüb

Yevlax rayonunda 41 yaşlı kişinin iş başında zəhərlənmədən öldüyü ehtimal edilir.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Yevlax rayonun Varvara kəndində qeydə alınıb.

Belə ki, 41 yaşlı E.Bahadurov zirzəmidə iş görərkən ölüb.

Onun benzinlə işləyən generatordan atılan qazdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
79

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər