Azxəbər.com saytı 15 yaşında | 1news.az | Xəbərlər
Cəmiyyət

Azxəbər.com saytı 15 yaşında

Qafar Ağayev14:04 - 13 / 04 / 2025
Azxəbər.com saytı 15 yaşında

Bu gün Azxeber.com informasiya portalının 15 yaşı tamam olur.

1news.az xəbər verir ki, 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Saytın "İnstagram”da 800 min, "Tiktok”da 470 min, "Youtube”də 50 min, "facebook”da 50 min, "Threads”də 40 min, "Telegram”da isə 30 minə yaxın izləyicisi var.

Azxəbər.az saytında çalışan həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!

Paylaş:
508

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər