Paytaxda sıxlıq müşahidə olunan küçə və prospektlər

Paytaxda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. "20 Yanvar" dairəsində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.