Oğlunun ölüm xəbərini eşidən ana da dünyasını dəyişib
Lənkəranda ana və oğul eyni gündə vəfat edib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məlumat Lənkəran rayonu A.Əliyev adına Havzava kənd tam orta məktəbinin feysbuk səhifəsində paylaşılıb.
Məlumata əsasən, Lənkəran sakini Seyran Cəfərli dünyasını dəyişib. Övladının ölüm xəbərini eşidən ana Məhrəba Cəfərova da həyatını itirib.
Qeyd edək ki, Seyran Cəfərlinin qardaşı Fikrət Cəfərov Lənkəranda məktəb direktorudur.
98