Kreml Vaşinqtonda qəzaya uğrayan təyyarədə rusiyalı fiqurlu konkisürənlərin olduğunu təsdiqləyib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalı fiqurlu konkisürənlərin olduğunu təsdiqləyib.
1news.az APA-ya istinadən xəbər verir ki, Kreml rəsmisi təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib: “Biz bu kədərli məlumatların təsdiqləndiyini görürük. Orada başqa həmvətənlərimiz də olub. Vaşinqtondan pis xəbər gəldi. Biz həmvətənlərimizi itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk".
Peskov təyyarə qəzasından sonra Vladimir Putinlə Donald Tramp arasında hələlik təmas planlarının olmadığını da söyləyib.
81