İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan xüsusi palataya köçürülüb | 1news.az | Xəbərlər
Mədəniyyət

İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan xüsusi palataya köçürülüb

17:45 - 30 / 01 / 2025
İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan xüsusi palataya köçürülüb

İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq xüsusi palataya köçürülüb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Ənvər Həsənovun vəziyyəti stabildir.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində davam etdirilib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər