Dağlıq rayonlarda 4 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dağlıq rayonlarda 4 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

11:32 - 29 / 01 / 2025
Dağlıq rayonlarda 4 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Yanvarın 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, yanvarın 29-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Gəncə, Şəmkir, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Sabirabad, Cəfərxan, Biləsuvar, Ağdam, Sumqayıt, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər