Baş nazir Əli Əsədov bələdiyyə seçkisində səs verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir Əli Əsədov bələdiyyə seçkisində səs verib

14:18 - 29 / 01 / 2025
Baş nazir Əli Əsədov bələdiyyə seçkisində səs verib

Azərbaycanın Baş naziri Əli Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər