Paytaxtın daha bir küçəsində sürət həddi endirildi
Paytaxtın Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb..
"Hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət edin", - deyə məlumatda qeyd olunub.
186