Şahmatçı Vüqar Həşimovun atası vəfat edib
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Bu barədə 1news.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov dekabrın 3-də Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.
145