TƏBİB: Bayram günü zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Bayram günü zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb

Qafar Ağayev11:18 - 03 / 01 / 2025
TƏBİB: Bayram günü zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb

Bayram günü (31.12.2024-cü il) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

1news.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş:
241

Son xəbərlər

Türkiyədə zəlzələ olub

04 / 01 / 2025, 12:52
Bütün xəbərlər