Mikayıl Cabbarov və Vladanka Andreyeva BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Çərçivə Proqramını müzakirə ediblər
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.
Bu barədə 1news.az BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"İlin son görüşü: BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Buraya BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Əməkdaşlıq Çərçivə Proqramının (2026-2030) hazırlanması barədə müzakirələr daxildir. Bu yeni proqram Azərbaycan xalqı üçün daha ekoloji və dayanıqlı gələcəyin təmin edilməsinə yönəlmiş səylərin birləşdirilməsinin təməli olacaq”, - paylaşımda qeyd edilib.
216